Jalə Əliyeva Zərdabda şəhid ailələrini ziyarət etdi –“Onlara borcluyuq” dedi (FOTO) 

92 saylı Zərdab-Ucar Seçki Dairəsindən deputatlığa namizəd, professor, Milli Məclisin Mədəniyyət Komitəsinin sədr müavini Jalə Əliyeva vətən uğrunda şəhid olmuş zərdablı qəhrəmanların məzarını və ailələrini  ziyarət edib.

Azpost.info etikxeber.az-a istinadən bildirir ki, bu barədə Jalə Əliyeva bildirib.

 “Bu gün Zərdabın Qaravəlli kəndində Səhid Vüqar Abdullayevin atasını və doğmalarını ziyarət etdik. Vüqar qardaşımız 1993-cu ildə vətən uğrunda döyüşlərdə həlak olub” –deyə namizəd vurğulayıb.

Deputat Vüqar  Abdullayev daxil olmaqla, bütün şəhidlərin Azərbaycan xalqının baş  tacı, onların uyuduqları məzarların, şəhidlər xiyabanlarının and yeri olduğunu bildirib: “Şəhidlərimiz daim qəlbimizdə yaşayırlar, bundan sonra da yaşayacaqlar”.

Jalə Əliyeva daha sonra  Zərdabın Böyük Dəkkə kəndindən olan, aprel döyüşlərinin qəhrəmanlarından olan şəhid Nurlan Abdullazadənin məzarını ziyarət edib.

 “2016-cı il aprel döyüşlərində həlak olan şəhid balamızın ailəsini ziyarət etdik. Anasına, atasına başsağlığı verdik. Şəhidlərimiz hər zaman bizim üçün müqəddəsdir, xatirəsi hər zaman əbədidir. Ölkəmiz,müstəqilliyimiz onların axan qanlarına borcludur”.

 Deputat deyib ki, Heydər Əliyev Fondu şəhid ailəsinə ev tikib və hədiyyə edib: “Oturduğumuz evi Heydər Əliyev Fondu şəhid ailəsinə tikib və hədiyyə edib. Onlar da Heydər Əliyev Fondunun qayğısına və diqqətinə görə böyük razılıqlarını bildirdilər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Prezident Davosda BP-nin baş direktoru ilə görüşdü –

Sonrakı məqalə

Prezident İlham Əliyev Davosda Gürcüstanın Baş Naziri ilə görüşüb