Rusiya Dövlət Dumasının deputatı, Liberal Demokrat Partiyasının lideri Vladimir Jirinovski Ukrayna ilə bağlı qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Rusiyanın “Birinci” telekanalının efirində çıxış edən Jirinovski Ukraynanı bombalamağa, Qərbi isə qorxutmağa çağırıb.
Partiya sədri bildirib ki, yeni il gecəsi-dekabrın 31-dən yanvarın 1-nə keçən gecə Ukraynanı bombardman etmək lazımdır. Jirinovski vurğulayıb ki, Prezident olsaydı, bu addımı atardı.