Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Sosial

“Jurnalistlər binası”nda müsadirə olunan obyekt 1 milyon manata satışa çıxarılır

User 23 Avqust 2024 - 10:16 (Last updated: 21 May 2025 - 20:15)
jurdom
Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 20-də hərrac keçirəcək. Hərraca xüsusi müsadirə edilmiş əmlaklar çıxarılacaq.
Hərracda start qiyməti 216 min – 1 milyon  213 min 657 manat aralığında dəyişir. 20 sentyabr 2024-cü il tarixində saat 11:00-da hərraca çıxarılacaq xüsusi müsadirə edilmiş əmlakların siyahısında  “Jurnalistlər binası”nda müsadirə olunan obyekt 1 milyon 2 min manata satışa çıxarılır. Sözügedən qeyri-yaşayış sahəsi Səbayel rayonu, 20-ci sahə, Bibiheybət qəsəbəsi, Yeni Salyan yolu, 22 (yaşayış binasının 1-ci mərtəbəsi) ünvanında yerləşir.
 676 kvadrat metrə malik olan obyekt bir neçə dəfə hərraca çıxarılsa da, alıcı tapılmayıb.  Maraqlıdır ki, bu əmlakın müsadirə olunması ilə bağlı məlumatlar yoxdur. Əgər söhbət  KİVDF-nin həbsdəki sabiq sədri Vüqar Səfərlinin əmlaklarından gedirsə, onun müsadirə olunan əmlakları siyahısında bu ünvan haqda heç bir bilgiyə rast gəlinmir.
Bundan başqa, baş tutacaq hərraca Xızı rayonunun Qızılqazma kəndində əmlak da çıxarılır. Həmin kənddə Akif Çovdarovun 2 hektar torpaq sahəsi vardı və müsadirə edilmişdi.  Ümumiyyətlə isə Akif Çovdarov 2015-ci ilin sonunda həbs olunanda onun özü və yaxınlarına məxsus xeyli əmlakın üzərinə həbs qoyulmuşdu. Bu əmlakların ümumi dəyəri istintaq dövründə 32 milyon 256 min manat qiymətləndirilmişdi. Bakı Hərbi Məhkəməsində Çovdarova hökm oxunub, 12 il həbs cəzası veriləndə bu əmlakların əksər hissəsinin müsadirə olunmasına qərar verilsə də, bir hissəsinin əlindən alınması məqsədəuyğun sayılmadı. Onların arasında Akif Çovdarovun Badamdar qəsəbəsindəki villaları da vardı. Bundan başqa, Bakının Binəqədi rayonu, 9-cu mikrorayon ərazisindəki evlər vardı ki, Çovdarov həmin evlərin çoxdan satıldığını, hazırda o evlərdə yaşayanların bu məsələlərə heç bir aidiyyəti olmadıqlarını bildirirdi.
Çovdarov heç cəzasının yarısını çəkmədən – 2020-ci ilin aprelində əfv sərəncamı ilə azadlığa buraxıldı. Akif Çovdarov bir neçə dəfə Ali Məhkəməyə kassasiya şikayəti versə də, sonradan geri götürmüşdü. (Musavat.com)

Post navigation

Previous: Valyuta məzənnələri
Next: Prezident İlham Əliyevin Daşkənddə rəsmi qarşılanma mərasimi keçirilib

Oxşar xəbərlər

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
dava
  • Sosial

Bakıda məktəbdə çəkiliş edən jurnalistlər zorakılığa məruz qalıb – VİDEO

User 28 Oktyabr 2026 - 22:05

xƏBƏR

həbsxana
  • Sosial

Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib

User 29 Oktyabr 2026 - 10:29
Son 6 ildə həbsxanalarda 21 uşaq dünyaya gəlib. Ədliyyə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, 4 saylı...
Read more about Azərbaycanda həbsxanada 21 uşaq dünyaya gəlib
Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir polis
  • Kriminal

Azərbaycanda 119 nəfər saxlanıldı – 94-ü borclu şəxslərdir

User 29 Oktyabr 2026 - 10:26
Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək sebine ombudsman
  • Sosial

Sabah Milli Məclis Yeni Ombudsmanı seçəcək

User 29 Oktyabr 2026 - 10:21
Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ arasında danışıqların vaxtı açıqlandı

User 29 Oktyabr 2026 - 10:13
İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi abs iran savas
  • Dünya

İrana yeni zərbə planı – ABŞ Körfəz ölkələrini xəbərdar etdi

User 29 Oktyabr 2026 - 09:35
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.