Kərim Xan Putinin hərbi cinayətlərə görə mühakimə olunacağına inandığını deyib

“Rusiya prezidenti Vladimir Putinin nə vaxtsa Ukraynada hərbi cinayətlərə görə mühakimə olunacağına inanırsınızmı?”.

Azpost.info xəbər verir ki, bu sual BCM-nin prokuroru Kərim Xana ünvanlanıb.

Suala cavabında prokuror buna inandığını bildirib: “Tribunal Yuqoslaviya prezidenti Slobodan Miloşeviç, bundan başqa, Karaciç və Mladiçin həbsinə order verilməsini istəyəndə insanlar gülürdülər. Tarix göstərdi ki, keçmişdə öz ölkələrində və regionda böyük gücə malik olan bu insanlar müttəhimlər kürsüsündə əyləşdilər”.

Prokurorun sözlərinə görə, kimsə hüdudsuz səlahiyyətdən istifadə edərək istədiyini edirsə, onun manevr imkanları daralır.

Qeyd edək ki, BCM 2023-cü ilin martında Putinin həbsinə order verib. Rusiya prezidentimüharibə cinayətində şübhəli bilinir.

Azpost.info

Əvvəlki məqalə

Lazım gələrsə, Azərbaycan Rusiya ilə Ukrayna arasında münaqişənin həllində iştirak etməyə hazırdır

Sonrakı məqalə

İstirahət günlərində hava necə olacaq?