“Kərim Süleymanlının Döyülməsi faktı təsdiqini tapmayıb” –BŞBPİ

İyunun 7-də Yasamal rayonunda gücləndirilmiş karantin rejiminə nəzarəti həyata keçirən polis əməkdaşlarının üzərilərinə məişət əşyaları atanlardan, təhqiramiz ifadələr işlədənlərdən biri Kərim Süleymanlının polis bölməsində təzyiqə məruz qalması ilə bağlı iddiaları araşdırılıb.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsini Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.

O qeyd edib ki, iddialar həqiqəti əks etdirmir: “O, sifətindəki xırda xəsarətləri polis bölməsində yox, saxlanılarkən polis əməkdaşlarının qanunu tələblərinə zidd olaraq tabesizlik göstərərkən alıb. İddialar üzrə hər bir xüsusat tərəfimizdən yoxlanılıb, onun polis əməkdaşları tərəfindən döyülməsi faktı təsdiqini tapmayıb. İddiaları qəti şəkildə təkzib edirik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ölkədə bir gündə 810 min maska satılıb

Sonrakı məqalə

Bakı Şəhəri üzrə Təhsil İdarəsi valideynlərə müraciət edib