Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXII turun daha bir oyunu keçirilib. “Kəpəz” Sumqayıtdakı “SOCAR Polimer Arena”da “Araz-Naxçıvan”ın qonağı olub. Görüş Naxçıvan təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Araz-Naxçıvan" turnir cədvəlində 6-cı pilləyə yüksəlib. "Kəpəz" isə 27 xalla 10-cu sırada qalıb. Qeyd edək ki, XXXII turun açılış matçında I Liqaya düşəcəyi dəqiqləşən “Karvan-Yevlax” evdə “Qəbələ”yə uduzub - 1:2. Tura mayın 17-də yekun vurulacaq.

AzPost.az