Kadırov sanksiya sayına görə rekord qırmaq istəyir:"Zaman məsələsidir"

Çeçenistan lideri Ramzan Kadırov “Teleqram” kanalında Qərbin ona qarşı tətbiq etdiyi sanksiyaların sayına görə dünya rekordu vurmaq planlarından danışıb.

Azpost.info xəbər verir ki, Kadırov ABŞ-ın hələ heç kimə bu qədər məhdudiyyət tətbiq etmədiyini deyib.

O, bunu Nobel mükafatının verilməsi ilə müqayisə edərək, şəxsi sanksiyaların sayına görə Rusiya üzrə rekord vurduğunu xatırladıb.

“Beləliklə, dünya rekordunun tanınması zaman məsələsidir. Sadəcə, iş ondadır ki, dünyada heç bir insan mənim rekordumu yeniləmək istəmir. Uca Allaha həmd olsun!”, – Kadırov yazıb.

Azpost.info

Əvvəlki məqalə

Araz Əlizadə dəfn edilib – FOTO

Sonrakı məqalə

31 min il əvvəl mağarada yaşamış qadın belə görünüb –