“Kamala Harris prezident seçilsə, ABŞ “X” tətbiqinin ləğvini tələb edəcək”- İlon MASK

ABŞ vitse-prezidenti və Demokratlar Partiyasının namizədi Kamala Harris ən yüksək hökumət postuna seçilərsə, ABŞ rəsmiləri “X” tətbiqinin (keçmiş Tviter) ləğvini tələb edəcək.

Azpost.info xəbər verir ki, bunu X tətbiqinin qurucusu İlon Mask bildirib.

“Braziliyanın Federal Ali Məhkəməsinin saxta hakimi Alexandre de Morais “Apple” və “Google”u Braziliyada tətbiq mağazalarından “X”i silməyə məcbur edir. Kamala Harris prezident seçilərsə, bu, burada da baş verəcək”, – Mask deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.