Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb –FOTO

İdmançı Kamil Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.

Bu barədə məşqçi sosial şəbəkə hesabında paylaşım edib.

K.Zeynallı bildirib ki, o, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə bu gün azadlığa çıxıb.

Qeyd edək ki, o, bir neçə gün əvvəl işğaldan azad edilmiş ərazilərə getmək istədiyi üçün saxlanılmışdı. Fitnes məşqçisi inzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur) təqsirli bilinərək Göygöl Rayon Məhkəməsinin qərarı ilə 1 ay müddətinə inzibati qaydada həbs edilmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

İran Qarabağın bərpasında yaxından iştirak etmək istəyir –

Sonrakı məqalə

2021-ci ilin büdcə xərcləri –