Kanada Putinə yaxın 31 nəfərə sanksiya tətbiq etdi
Kanada Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib.
Azpost.info xəbər verir ki, sanksiya siyahısına Rusiyanın 382 vətəndaşı, o cümlədən Rusiya prezidenti Vladimir Putinin yaxın çevrəsindən olan 31 nəfər və 27 şirkət daxil edilib. “Yeni dəyişikliklər prezident Putinin yaxın çevrəsinin əsas üzvləri olan 31 nəfərə, onun yaxınlarına, Kanada sanksiyalarına məruz qalan bəzi şəxslərin ailə üzvlərinə, eləcə də 27 əsas maliyyə institutuna məhdudiyyətlər qoyur”, – sənəddə deyilir.
Bundan başqa, Donetsk və Luqansk “Xalq Respublikalarının” suverenliyinin tanınmasına səs verən Dövlət Dumasının üzvləri, Rusiya Mərkəzi Bankı və Maliyyə Nazirliyi də məhdudiyyətlərə məruz qalıb.
Azpost.info
