Kanadanın “49-dan 6” milli lotoreyasında 9 milyon Kanada dolları (6,8 milyon ABŞ dolları) məbləğində jekpot oynanılıb.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə OLG şirkətinin nümayəndələri bildirib.
“Düşən nömrələr – 9, 12, 17, 23, 41 və 44, bonus sayı 3 olub”, – deyə təşkilatçılar bildiriblər.
Qeyd edilir ki, qalib fransızdilli Kvebek əyalətinin sakini olub.
Bundan başqa, lotoreyada 1 milyon Kanada dolları (760 min ABŞ dolları) məbləğində təsəlliverici mükafat oynanılıb. Uduşlu bilet Ontario əyalətində satılıb.
“49-dan 6” Kanadada 1982-ci ildən oynanılır və ölkənin ilk milli lotoreyasıdır.