Kanadada növbədənkənar seçki keçirilicək

Kanadanın yeni Baş naziri Mark Karni parlamenti buraxmaq və aprelin 28-də növbədənkənar seçkilər keçirmək barədə qərar qəbul edib.

Seçkilər ABŞ-la Kanada arasında gərginlik və ticarət müharibəsi fonunda baş verir və bu məsələnin seçkiqabağı kampaniyanın əsas mövzusu olacağı gözlənilir.

Daha əvvəl seçkilərin oktyabrın 20-nə qədər keçirilməli olduğu deyilirdi. Ekspertlər seçkinin erkən keçirilməsinin hakim Liberallar Partiyası üçün də faydalı olacağını ehtimal edirlər.

Seçki ilə bağlı qərar Mark Karni baş nazir kimi and içdikdən 9 gün sonra verilib. Onun bu marafonda əsas rəqibi Mühafizəkarlar Partiyasının lideri Pyer Pualevr olacaq.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.