Kanadada parlament seçkiləri:Castin Trüdonun partiyası qələbə qazandı (FOTO)

Kanadanın Baş naziri Castin Trüdonun hakim Liberal partiyası oktyabrın 21-də keçirilən parlament seçkilərində qələbə qazansa da, ölkənin qanunverici orqanının aşağı palatası – İcmalar palatasında çoxluğu əldə edə bilməyib.

Azərtac TASS informasiya agentliyinə istinadla xəbər verir ki, çoxluq hakimiyyətini formalaşdırmaq üçün liberallara 170 mandat lazım idi, lakin 14 seçki dairəsində məğlubiyyət bu hədəfə çatmağa mane olub.

Milli Seçki Komissiyasının son məlumatına əsasən, liberallar 33 faiz səslə 338 seçki dairəsinin 156-da qələbə qazanıb. Mühafizəkarlar partiyası 34,5 faiz səs toplayaraq 122 seçki dairəsində, “Kvebek bloku” 7,9 faiz səs toplayaraq 32 seçki dairəsində üstün olub. Onların ardınca isə 24 dairədə üstünlük qazanan (15,9 faiz səs) Yeni Demokratik Partiya və üç dairədə üstünlük qazanan (6,4 faiz səs) “yaşıllar” partiyası gəlir. Seçkilərin nəticələrinə əsasən, Kanadanın Xalq Partiyası parlamentdə yeganə mandatını itirib və onun yerini müstəqil namizəd tutub.

Hazırda bülletenlərin 97 faizi hesablanıb. Əhalinin seçkidə iştirak faizi 62,8 faiz təşkil edir. Kanadada 27,4 milyon nəfər seçki hüququna malikdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan səlahiyyətlərini vitse-prezident Fuad Oktaya təhvil verdi

Sonrakı məqalə

Hacıbala Abutalıbov nə işlə məşğul olacaq? –