“Karantin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alıb” –TƏBİB

“Azərbaycanda tətbiq edilən karantin rejiminin nəticə verməməsi fikirləri səhvdir”.

Bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu şöbəsinin müdiri Yaqut Qarayeva deyib. Onun sözlərinə görə, karantin rejimi nəticəsini verir: “Bizim tətbiq etdiyimiz karantin nəticəsində yoluxma sabitləşib. Karantin rejiminin tətbiqi yoluxma sayında stabilləşməyə nail olunub ki, bu bizim xəstəxanalarda palata sayını nizamlamağa imkan verir”.

Onun sözlərinə görə, karantin rejimi həmçinin xəstəliyin yoluxma səviyyəsinin iki dəfə artmasının qarşısını alıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Hadisələrin ən pis gedişatı üçün variantlar hazırlanıb” –

Sonrakı məqalə

“Müalicəyə cəlb edilən bütün həkimlər infeksionist deyil” –