“Kaset bombalarından istifadə etməyin” –
Rusiyanın Ukraynanın şərqindəki separatçı “DXR” və “LXR”ə qoşun yeritmək və genişmiqyaslı qarşıdurmanın yaranması ehtimalı fövqəladə yüksəlib.
Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, bunu “Amnesty International” təşkilatının baş katibi Agnes Kallamard bildirib.
“Ukraynada mülki əhalinin müdafiəsi indi mütləq prioritet olmalıdır”, deyən təşkilat münaqişə tərəflərinə çağırış edib: “Tərəfləri beynəlxalq humanitar hüquq və beynəlxalq insan hüquqlarına ciddi şəkildə riayət etməyə çağırırıq. Bütün tərəflər mülki əhalinin
müdafiəsini təmin etməli, kaset bombaları kimi qadağan olunmuş silahlardan istifadə etməməlidir. Biz həmçinin humanitar təşkilatların hərbi əməliyyatlardan zərər çəkə biləcək mülki şəxslərə yardım göstərməsinə çıxışı asanlaşdırmağa səsləyirik”.
Azpost.info
