Artıq Azərbaycanla sülh müqaviləsinin 17 maddəsinin 15-i üzrə razılıq var.
Azpost.info bildirir ki, bunu Finlandiyanın “Lönnen Media” xəbər agentliyinə müsahibəsində Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan deyib.
“Təəssüf ki, Bakıda keçirilmiş COP29 iqlim sammitinə qədər sazişi imzalaya bilmədik. Lakin biz indi bunu mümkün qədər tez etməyə hazırıq. Belə demək olar ki, bu bir ümid anıdır. Biz buna çox yaxınıq. İki dövlətin və cəmiyyətin faciəli keçmişinə baxmayaraq, düşmənçilik səhifəsini çevirmək şansı var. Keçmiş ağır oldu. Anlamaq, unutmaq, bağışlamaq çətindir. Bölgəmizdə kifayət qədər qan tökülüb və indi gələcəyə baxmaq imkanımız var”-deyə Mirzoyan vurğulayıb.
Nazir deyib ki, hazırda diqqəti təhlükəsizliyə, suverenliyin möhkəmləndirilməssinə yönəlib.