Keşlə stansiyasında baş vermiş bədbəxt hadisə ilə bağlı rəsmi açıqlama

Bu gün saat 08:23-də Keşlə stansiyasında bədbəxt hadisə baş verib.

“Azərbaycan Dəmir Yolları” QSC verilən məlumata görə, Bakı-Sumqayıt elektrik qatarı Keşlə stansiyasında (2653-cü km-də) hərəkətdə olarkən, Tacirə Vidadi qızı Rəhimova müəyyən olmayan yerdən dəmir yolu xəttini keçmək istəyib.

Maşinist briqadası dərhal səs siqnalları verərək təcili tormozlama aparıb. Amma məsafə yaxın olduğundan hadisənin qarşısını almaq mümkün olmayıb. Nəticədə qadın qatarın yan hissəsinə toxunaraq müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadası çağırılıb və yaralı 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Aqil Abbasdan qəzəbli yazı:

Sonrakı məqalə

Düşmənin diversiya qrupunun qarşısı alındı –