Müğənni Roza Zərgərlinin oğlu Corc Qafarov 23 dekabr Bələdiyyə seçkilərində Qaraçuxur bələdiyyəsinə üzv seçilib.
Müğənni oğlunun uğuru ilə bağlı fikirlərini sosial şəbəkədə bölüşüb: “Cənab Prezident, sizi bir daha doğum günü münasibəti ilə təbrik edirəm, sizə uzun ömür can sağlığ, ailə xoşbəxtliyi arzulayıram. Bu gün mən ona bir Ana kimi öz minnətdarlığımı bildirirəm. Dünən ölkəmizdə keçirilmiş Bələdiyyə seçkiləri zamanı mənim mənəvi oğlum Corc Qafarov Suraxanı Rayon Qaraçuxur Bələdiyyəsinin üzvü seçilib. Buna görə də ölkəmizdə yaratdığı demokratik seçki ab-havasına, şəraitə görə möhtərəm Prezidentimizə minnətdarlığımı bildirirəm ki, məni bir ana kimi sevindirib. Oğlum Corc artıq siyasi karyerasına başlayıb.
Hamı bilir ki, Corc Suraxanıda uşaq evində böyümüş, bizim ailəmizə daxil olmuş, təhsil almış, daha sonra isə təhsilini ali təhsil olaraq davam etdirmiş, hərbi xidmətini uğurla başa çatdırmış və bu gün yaradıcılıq fəaliyyəti ilə məşğul olur. Doğrudan da Azərbaycanda demokratiyanın ən böyük göstəricisi Azərbaycan gəncliyinə yaradılmış şəraitdir ki, uşaq evində böyümüş, təhsil almış bir uşaq doğrudan da seçkili orqanda təmsil oluna bilər. Biz bilirik ki, ölkəmizdə yaradılan seçki mühitidir. Belə bir gəncliyə verilən qiymətə görə möhtərəm Prezidentimizə bir daha minnətdarlığımızı bildiririk. Oğlum Corca səs vermiş bütün Qaraçuxur sakinlərinə öz minnətdarlığımı bildirirəm”.