“Kimyəvi silahdan imtina et, yeni sanksiyalar olmasın!” –ABŞ Rusiyaya şərt qoydu

ABŞ Rusiyaya yeni sanksiyalardan yayınmaq üçün şərt irəli sürüb.

RBK-nın məlumatına görə, ABŞ Dövlət Departamenti Rusiyanı həbsdəki müxalif blogger Aleksey Navalnıya görə tətbiq olunacaq yeni sanksiyalardan qaçmaq üçün kimyəvi silahdan imtina etməyə çağırıb.

“Biz Rusiyanı beynəlxalq müşahidəçilər altında elan olunmamış kimyəvi silah proqramını deklarə və məhv etməyə çağırırıq”, – deyə Dövlət Departamentindən bildirilib.

Dövlət Departamentindən o da bildirilib ki, ABŞ-ın 1991-ci ildən qüvvədə olan kimyəvi və bioloji silahlar üzərində nəzarət haqqında qanununa görə Rusiyanı A. Navalnının zəhərlənməsinə görə yeni sanksiyalar gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“X-XI siniflərdə tədrisin bərpası ilə bağlı qərar yoxdur”-

Sonrakı məqalə

“Azərbaycan qalib gəldi…Ordunun bərpası üçün 3 milyard dollar lazımdır”-