“Kinopoisk” saytının direktoru pedofiliya təbliğatında ittiham olunub

“Kinopoisk” saytının baş direktoru rejissor Qaspar Noenin “Məhəbbət” filminə görə “pedofiliya təbliğatının aparılmasında” ittihamı ilə cərimələnib.

Azpost.info bildirir ki, xəbəri  “Guys Plus” yayıb.

Rusiyanın vətəndaşı, Moskvanın Taqanski rayonunun magistratı və “Kinopoisk” film saytında baş direktor vəzifəsini icra edən Aleksandr Dunaevskiyə ağır ittiham irəli sürülüb. O ölkə daxilində, üstəlik internet məkanından istifadə etməklə əxlaqsızlıq şəkildə “pedofiliyanın təbliği” ilə məşğul olmaqda günahlandırılıb. Tərtib olunmuş protokola əsasən Dunaevskiyə 800 min rubl məbləğində inzibati cərimə kəsilib.

Rusiya İnzibati Xətalar Məcəlləsinin 6.21. 1-ci maddəsinin 2-ci hissəsi ilə cəzalanan şəxs kimi onun haqqında avqustun 26-da çıxarılan məhkəmə qərarı dəyişməyəcək.

Apellyasiya şikayəti rədd olunub və qərar qüvvəsində qalıb.

Qaspar Noenin rejissorluğu ilə çəkilmiş və “Məhəbbət” adlanan bu film haqqında saytda məlumat verilib, daha sonra isə “Kinopoisk” saytında həmin ekran əsəri yayımlanıb. Dunaevski cərimələndiyi üçün hal-hazırda saytda ancaq bu filmin treyleri mövcuddur. Filmdə müxtəlif, həm də qeyri-etik təsvirlərin olması, həmçinin 16 yaşlı qəhrəmanın cinsi əlaqəyə meyli və yataq səhnələri, məhkəmənin fikrincə, “alıcının, eləcə də tamaşaçının şüurunda cinsi əlaqəyə girməkdən ötrü azyaşlını və kiçik bir obyekti maneəsiz seçmək imkanı təlqin edir, normallaşdırır”.

Aleksandr Dunaevskinin vəkili baş tutan məhkəmədə ittiham olaraq irəli sürülmüş “pedofiliya” anlayışının əslində 14 yaşdan kiçik olan insanlarla cinsi əlaqənin təsbit etdiyini vurğulayıb. Lakin ittiham tərəfi öz növbəsində bildirib ki, bu anlayış dar çərçivədə yox, “geniş mənada” – yetkinlik yaşına çatmayanlarla istənilən cinsi əlaqə kimi şərh edilməlidir.

Rejissor Qaspar Noenin “Məhəbbət” filmi 2015-ci ilin mayında Kann Film Festivalı zamanı ilk dəfə nümayiş olunub. Bu filmi yüksək qiymətləndirənlər olsa da bir çox tənqidçilər Noenin bu böyük ekranlı kino əsərinə birmənalı yanaşmayıblar. Onlar da bu ekran əsərində çoxlu pornoqrafik səhnələrdən olduğunu qeyd ediblər. Eyni zamanda tamaşaçıların da filmi hərarətlə qarşıladığını qeyd ediblər.

2015-ci ilin sentyabr ayında isə baxışdan sonra Rusiya Mədəniyyət nazirliyi filmin əslində pornoqrafik xarakterli, açıq-saçıq səhnələrlə dolu olduğu haqqında kəskin izah verib. Bundan sonra isə “Məhəbbət” filminin yayımlanması qadağan edilib. Elə bu səbəbdən rejissor Qaspar Noenin filmi yalnız Rusiyada keçirilən festivallarda bir neçə dəfə nümayiş etdirildi.

“Kinopoisk” saytının baş direktoru olan Aleksandr Dunaevskinin yaxın ətrafının fikrincə, bu ona qarşı bilərəkdən edilmiş hücum da ola bilər. Bəzi şəxslər düşünür ki, Rusiyanın öncə Krıma, sonra Ukrayna ərazisindəki bir çox məntəqələrə hücumu barədə danışmaqdan çəkinən, ancaq sülh arzulayan Dunaevski ola bilsin ki, savaşla bağlı dilindən söz qaçırıb.

Belə ehtimal edənlər sosial şəbəkələrdə qeyd ediblər ki, Aleksandr Dunaevskinin açıq və sərt etirazçı formada olmasa belə müəyyən fikirləri olub. Onu tanıyan ətrafı əmindirlər ki, A. Dunaevski dolayısı ilə bu dəhşətli müharibə haqqında yumşaq da olsa, bəzi etirazçı fikirlər səsləndirib.

Oqtay Qorçu

Əvvəlki məqalə

“Azərbaycan futbolunun gələcəyini dəyişməliyik” –

Sonrakı məqalə

“Müharibədə hələ dönüş nöqtəsi olmayıb” –