Kinoteatrlarda yerli filmlərin sayı həddən artıq azdır –RƏQƏMLƏR

Dövlət Statistika Komitəsinin 2022-ci ilin nəticələrinə görə açıqladığı məlumata əsasən, ölkə ərazisində qeyri-dövlət kinoteatrlarında ümumilikdə 77 nümayiş zalında 10845 yer mövcuddur. Həmin mənbəyə görə, 2022-ci ildə ümimilikdə ölkə kinoteatrlarında 560 film nümayiş olunub. Bunlardar 60-ı yerli, 500-ü isə xarici ölkələrin istehsalıdır.

Azərbaycanda iki özəl kinoteatr şəbəkəsi fəaliyyət göstərir: Cinema Plus və Park Cinema.

Azpost.info bildirir ki, Bu kinoteatrlar 2023-cü ilin statistikasını “kinoinfo” portalına təqdim edib.

Məlum oldu ki,Cinema Plus kinoteatrlar şəbəkəsində 2023-cü ildə ümumilikdə 219 film göstərilib. Bu filmlərdən 14-ü yerli, 205-i isə xarici ölkələrin istehsalıdır. 2023-cü ildə Cinema Plus kinoteatrlar şəbəkəsində yerli filmlər 6.39% təşkil edib.

Park Cinema kinoteatrlar şəbəkəsində isə 2023-cü il ərzində 213 film nümayiş olunub. Bunlardan 29-u yerli, 184-ü xarici istehsaldır. 2023-cü ildə Park Cinema kinoteatrlarında nümayiş olunan filmlər 13.61% təşkil edib.

2023 Cinema Plus Park Cinema
Sayı Faiz nisbəti Sayı Faiz nisbəti
Ümumi filmlər 219 100 213 100
Yerli filmlər 14 6.39 29 13.61
Xarici filmlər 205 93.61 184 86.39

İl yeni başlasa da, kinoteatrlar üzrə nümayiş olunan yerli filmlərin aktivliyindən belə qənaətə gəlmək olar ki, 2024-cü ildə kinoteatrlarda nümayiş olunan milli filmlərin nisbəti daha çox olacaq.

Əvvəlki məqalə

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşacaq

Sonrakı məqalə

Qırğızıstanda 6,5 bal gücündə zəlzələ olub