Rusiyanın Kiyevə raket zərbələri nəticəsində 2 nəfər həlak olub, 50 nəfər yaralanıb.
Azpost.info bildirir ki, bu barədə şəhər meri Vitali Kliçko məlumat verib.
“Solomenski rayonundakı evdə zərərçəkənlərin sayı 49-a çatıb. Artıq iki nəfər ölüb. 43 nəfər xəstəxanaya yerləşdirilib. Bütün təcili yardım xidmətləri yerində işləyir”.-deyə mer bildirib.
Kliçko qeyd edib ki, evin yaxınlığında müvəqqəti isti yerlər olan mərkəz yaradılıb, orada insanlara lazımi köməklik göstərilib.