Kiyevə raket zərbələri endirilib

Rusiya bir sıra Ukrayna şəhərlərinə raket zərbələri endirib, ölkə ərazisində hava hücumu xəbərdarlığı elan edilib.

“Ukrinform“-a istinadən verdiyi xəbərə görə, Kiyev meri Vitali Kliçko şəhərin Solomensk, Peçersk və Qoloseevsk rayonlarında partlayışların və dağıntıların olduğunu bildirib, hava hücumu xəbərdarlığı ləğv olunana qədər sakinləri sığınacaqlarda olmağa çağırıb.

Solomensk rayonunda 3 qadın və 2 kişi xəsarət alıb, xəstəxanaya yerləşdiriliblər.

Nikolayev şəhərində də partlayışlar qeydə alınıb.

Əvvəlki məqalə

Azərbaycan və İran XİN rəhbərləri münasibətlərdəki son vəziyyəti müzakirə edib

Sonrakı məqalə

Son sutkada 90 nəfər COVID-19-a yoluxub