“Kiyevə təslimçilik yox, saziş təklif edirik” –LAVROV

“Rusiya Ukrayna ilə danışıqların ikinci raundunda təhlükəsizlik təminatını müzakirə etməyə hazırdır”. 
Azpost.info bildirir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Al-Jazeera” telekanalına müsahibəsində bildirib.
“Prezident Zelenski təhlükəsizlik qarantı almaqla bağlı danışıqlara hazır olduğunu deyib. Bunu müsbət addım kimi qiymətləndirirəm. Bizim nümayəndələr ikinci raundda bu təminatları müzakirə etməyə hazırdır”.
Lavrov deyib ki, Moskvanın Kiyev qarşısında qoyduğu tələbələri Ukraynanın kapitulyasiyası kimi qiymətləndirmək olmaz. “Biz saziş təklif edirik. Bu saziş Ukraynada yaşayan bütün xalqların hüquqlarını təmin edəcək. Bu Ukrayna qanunvericiliyində də əks olunmalıdır”. 
Lavrov deyib ki, Moskva Krım məsələsini müzakirə etməyəcək: “Bu məsələ bağlanıb. Krım Rusiyanın bir hissəsidir”.
XİN başçısının sözlərinə görə, Moskva və Kiyev arasında danışıqların ikinci raundunun keçirilməsi onu göstərir ki, tərəflər münaqişənin həllini axtarmağa hazırdırlar.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Kiyevdə humanitar dəhlizə təcili ehtiyac var –

Sonrakı məqalə

Bu günə qədər Rusiyaya hansı şirkətlər sanksiya tətbiq edib? –