Kiyev ABŞ-dan hətta Pentaqonda olmayan bombalar alacaq

ABŞ Müdafiə Nazirliyi yeni raketlə işləyən bombanı uğurla sınaqdan keçirib və onun Ukraynaya  göndərilməsinə icazə verib.

Azpost.info xəbər verir ki, 150 km-ə qədər məsafədəki hədəfləri vuran yüksək dəqiqlikli bomba Ukraynaya Krım və Rusiyadakı strateji hədəfləri də vurmağa imkan verəcək.

İki ABŞ rəsmisi və iki digər mənbə “Politico”ya bildirib ki, yerüstü kiçik diametrli bombaların tezliklə Ukrayna Silahlı Qüvvələrinə çatması gözlənilir. Bu bombalar hələ ABŞ xidmətində deyil.

Mənbələr bildiriblər ki, son bir il ərzində aparılan bomba sınaqları uğurlu olub.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.