Kiyev Britaniya və Fransa ilə Ukraynada qoşun yerləşdirməyi müzakirə edib

Vladimir Zelenski
Vladimir Zelenski

Fransa və Britaniya nümayəndələri Kiyevdə Ukrayna rəsmiləri ilə görüşlər keçirərək xarici qoşunların quruda, havada və dənizdəki mövcudluğu, həmçinin Ukraynanın hava hücumundan müdafiə sistemini müzakirə ediblər.

APA “Strana.ua”ya istinadən xəbər verir ki, bunu brifinqdə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Quruda, havada və dənizdəki mövcudluğu, eləcə də hava hücumundan müdafiə məsələlərini müzakirə etdik”, – deyə o, qeyd edib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.