Kiyev müdafiəyə hazırlaşır –

kiyev herbciler

Düşmən ordusu öz qüvvələrini getdikcə daha çox Kiyevə doğru çəkir.

Azpost.info xəbər verir ki, bunu Kiyev meri Vitali Kliçko deyib. Və paytaxtın müdafiəyə hazırlaşdığını bildirib: “Gecə düşmən Ağ kilsəni atəşə tutdu. Buça və Qostomeldə döyüşlər davam etdi. Biz Kiyevi müdafiə etməyə hazırlaşırıq və edəcəyik! Mən bütün kiyevliləri təmkinli olmağa, saxta infomasiyalara inanmamağa çağırıram. Düşmən ukraynalıları sındırmaq üçün çoxlu saxta məlumatlar yayır”.

Kliçko Kiyev əhalisinə xəbərdarlıq edib: “Xahiş edirəm, çox böyük zərurət olmadıqca küçəyə çıxmayın! Həyəcan siqnalı verilsə, sığınacağa gedin. Komendant saatına əməl edin. Şəhərdə ictimai nəqliyyat işləyir. Xüsusən də vacib müəssisələrin işçilərinin daşınması üçün. Kiyevdə humanitar qərargah da qurulub. Burada ehtiyacı olanlar üçün yardım toplanır”. Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir