Kiyevdə teleqüllə raketlə vurulub –FOTO

Rusiya hərbçiləri Kiyevdə televiziya qülləsinə raket zərbəsi endiriblər.

Azpost.info xəbər verir ki, bu barədə yerli “Telegram” kanalları məlumat yayıb. “Onlar Kiyevdə teleqülləni vururlar, artıq bir neçə partlayış səsi eşidilib”, – məlumatda deyilir. Ukrayna Daxili İşlər Nazirliyi hadisə ilə bağlı qısa məlumat yayıb: “Diqqət! Teleqüllədəki yayımçının idarəetmə otağına zərbə endirilib. Bir müddət kanallar işləməyəcək. Yaxın vaxtlarda bəzi kanalların ehtiyat yayımı işə salınacaq”.

UNİAN saytının verdiyi xəbərə görə, raket zərbəsindən sonra teleqüllənin ətrafında sıx tüstü təbəqəsi müşahidə olunur.

Hələlik xəsarət alanlar və ölənlər barədə məlumat verilmir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Ukraynada həlak olan hərbçilərin ailələrinə 2 milyon veriləcək” –

Sonrakı məqalə

Azərbaycanlıların təxliyəsi üçün qatar ayrılıb –