Rusiya prezidentinin köməkçisi Vladimir Medinski İstanbulda Rusiya və Ukrayna arasında keçirilən danışıqları konstruktiv adlandırıb.
Azpost.info –nun məlumatına görə, Medinski bildirib ki, Rusiya Ukraynanın təkliflərini nəzərdən keçirəcək: “Ukraynanın təklifləri ilə bağlı prezident Vladimir Putinə məlumat veriləcək”.
Medinski onu da qeyd edib ki, Rusiya deskalasiya üçün Ukraynaya doğru iki addım atacaq: “Öz tərəfimdən deyə bilərəm ki, biz də münaqişənin gərginliyini azaltmaq üçün iki addım atırıq”.
O, bu addımların siyasi və hərbi baxımdan olduğunu deyib.