Klaviaturada deyil, əllə yazmaq beyin üçün daha faydalıdır.
Azpost.info xəbər verir ki, bu qənaətə Norveç Elm və Texnologiya Universitetinin əməkdaşları gəliblər.
“Frontiers in Psychology” jurnalında dərc olunan araşdırmada alimlər iki növ yazının (əllə və klaviatura ilə) əsasını təşkil edən neyron şəbəkələrə baxıblar. Onlar 256 sensordan istifadə edərək beynin səthindəki elektrik aktivliyini ölçən yüksək tezlikli elektroensefaloqrafiya vasitəsilə beyin fəaliyyətini qeydə alıblar.
Tədqiqatda iştirak edən universitet tələbələri ekranda görünən sözləri hər iki üsulla qeydə alıblar. İştirakçılar klaviaturada deyil, əllə yazdıqda beyinin müxtəlif bölgələri arasında əlaqə artıb. Bu, öyrənmə üçün faydalıdır, çünki geniş yayılmış beyin əlaqələri yaddaşın formalaşması və yeni məlumatların kodlaşdırılması üçün vacibdir.
Nəticələr göstərib ki, rəqəmsal texnologiyaların fəal şəkildə tətbiqinə baxmayaraq, əl yazısı təcrübəsini saxlamaq vacibdir. Tədqiqatçılar müasir dünyada rəqəmsal texnologiyaların balanslaşdırılmış şəkildə nəzərə alınmasının vacib olduğunu bildiriblər.
Azpost.info