Ukrayna prezidenti Vladimir Zelenski bu gün növbəti videomüraciətini yayıb.
Azpost.info xəbər verir ki, Zelenski müharibənin beşinci günündə yaranmış vəziyyətdən, həmçinin Ukraynaya görünməmiş dəstəkdən danışıb. “Bizə tez-tez deyirdilər ki, ukraynalılar belə deyillər və onilliklər boyu “ev tapşırığı” ilə məşğul olmalıdırlar. Lakin indi biz özümüzü tam şəkildə göstərmişik”, – prezident deyib.
O qeyd edib ki, 4 gün ərzində 16 ukraynalı uşaq həlak olub, daha 45 uşaq yaralanıb. 4500 rus əsgərinin öldüyünü deyən Zelenski yerdə qalanları Ukraynanı tərk etməyə çağırıb: “Təchizatı atıb gedin, komandirlərinizə, təbliğatçılarınıza inanmayın. Canınızı qurtarın!”. Azpost.info