Komitə sədri Ukrayna ilə bağlı yazdığı tvitinə görə istefa verib

Finlandiyalı siyasətçi Ukrayna ilə bağlı tvitinə görə istefa verib

Finlandiyada parlamentin xarici əlaqələr komitəsinin rəhbəri Miki Niikko Ukrayna və NATO ilə bağlı tvitindən sonra komitə rəhbəri vəzifəsini tərk edib.

Azpost.info xarici mətbuata istinadən xəbər verir ki, istefası barədə o özü məlumat verib.
Məlum tvitdə M.Niikko ​​Fransa prezidenti Emmanuel Makronu və ya hansısa başqa bir yetkilini ictimaiyyət qarşısında çıxış edərək Ukraynanın NATO-ya üzv olmayacağını söyləməyə çağırıb.
Mesaj Finlandiyanın rəsmi xarici siyasət strategiyasına zidd olduğu üçün qəzəb və tənqidlərə səbəb olub. Həmin strategiyaya görə, istənilən dövlətin xarici siyasət sahəsində müstəqil qərar qəbul etmək hüququ var.
Daha sonra deputat öz tvitini silib və yenisini yerləşdirərək qeyd edib ki, o, yalnız Ukraynanın alyansa qoşulması perspektivini qeyri-real hesab edir. Eyni zamanda o, verdiyi açıqlamaya görə istefa verməyə məcbur olacağını bildirib.
Diplomatiyanın genişmiqyaslı müharibədən yayına bilməyəcəyindən çox narahatam. Ehtiyatsız tvit üçün sabahkı iclasda xarici əlaqələr komitəsinin sədri vəzifəsindən istefa verəcəm”, – deputat bildirib.
Niikko həmçinin tvitinin qeyri-korrekt olduğunu və hər bir ölkənin öz müqəddəratını təyin etmək hüququna malik olduğunu etiraf edib.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əməkdar rəssam Fəxrəddin Əli vəfat edib

Sonrakı məqalə

Mədəniyyət naziri UNESKO-nu alqışlayır və gözləyir