Konstitusiya Məhkəməsinin sabiq hakimi, əməkdar hüquqşünas Rafael Qvaladze vəfat edib. Bu barədə Konstitusiya Məhkəməsinin Mətbuat xidmətindən məlumat verilib. O, yanvarın 15-də uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Qeyd edək ki, Rafael Sergeyeviç Qvaladze fəaliyyəti dövründə “Əməkdar hüquqşünas” fəxri adına layiq görülüb, “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” və 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunub.

AzPost.az