Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Siyasət

“Konstitusiyaya zidd hakimiyyət dəyişikliyi cəhdi Azərbaycanı məhv edər” –

User 04 Dekabr 2024 - 11:48 (Last updated: 21 May 2025 - 20:15)
qudret bey
 “Gürcüstanda Prezident, seçkiləri uduzmuş müxalif siyasi partiyalarla birlikdə  antikonstitusion yolla çevriliş edib hakimiyyəti dəyişmək istəyir”.
Azpost.info bildirir ki, bu sözləri Ədalət, Hüquq, Demokratiya Partiyasının sədri, deputat Qüdrət Həsənquliyevin partiyanın mətbuat xidmətinə müsahibəsində bildirib.
Deputat deyib ki, seçkilərin nəticələrini müxalifət tərəfdarları da daxil olmaqla xalq qəbul edib.
Onun fikrincə, vəziyyəti gərginləşdirən gənc Baş nazir Kobaxidzenin Avropa Birliyi ilə üzvlüyə dair danışıqları”n 2028-ci ilə qədər dayandırılması barədə verdiyi açıqlama oldu.
İndi küçələrdə etiraz edənlər əsasən Qərbdən maliyyələşən ictimai fəallar və Avropa Birliyinə inteqrasiya tərəfdarlarıdır: “Belələri iqtidar daxilində və dövlət hakimiyyət orqanlarında da az deyil. Mənim yanaşmam həmişə ondan ibarət olub ki, qonşularımız bizimlə dostluq və əməkdaşlıq şəraitində yaşamaq istəyəcəksə, biz bu istiqamətdə ikiqat artıq səy göstərməliyik. Həmin ölkədə hansı siyasi rejimin və kimin hakimiyyətdə olmasından asılı olmayaraq. Biz başqa ölkələrin daxili işlərinə qarışmasaq da antikonstitusion yolla hakimiyyət dəyişikliyinin əleyhinəyik. Amma Gürcüstanda real hakimiyyəti kim təmsil edəcəksə onunla da əməkdaşlıq etməliyik”.
Q.Həsənquliyev bildirib ki, baş verənlərin bizə təsirinə gəldikdə isə  bu, bizim cəmiyyəti daha sıx birləşdirir və birləşdirməlidir: “1993-cü ildə Gəncədə baş vermiş hərbi qiyam, hansı kı, hakimiyyət dəyişikliyinə gətirdi, dövlətçiliyimizi dağılmaq, yox olmaq təhlükəsi ilə üz-üzə qoydu, Azərbaycanın digər bölgələrində də separatizm baş qaldırdı, torpaqlarımız işğal olundu. O zaman xalqın geniş dəstəyinə sahib, böyük dövlətçilik təcrübəsinə malik Heydər Əliyev ölkəmizi sözün əsl mənasında xilas etdi. İndi ikinci Heydər Əliyev də yoxdur və xalqımız bunu gözəl başa düşür. Konstitusiyaya zidd istənilən hakimiyyət dəyişikliyi cəhdi Azərbaycanı məhv edər, əldə etdiklərimizi bir an içərisində itirə bilərik”.
Deputat deyib ki, ölkəmiz islahatlar və təkamül yolu ilə irəli getməlidir: “Ona görə iqtidarı həmişə islahatlara çağırıram. Çünki ölkəmizdə islahatları dərinləşdirmək üçün xalqın ciddi dəstək verdiyi prezident, ictimai-siyasi sabitlik, müəyyən maliyyə ehtiyatı, əlverişli beynəlxalq şərait var”.

Post navigation

Previous: NATO Baş katibi Kiyevə sülh danışıqlarını təxirə salmağı təklif edib
Next: Prezident İlham Əliyev Mövlud Çavuşoğlunu qəbul edib

Oxşar xəbərlər

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35

xƏBƏR

hikmet
  • Siyasət

“Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi

User 08 Noyabr 2026 - 00:46
Azərbaycan Prezidentinin Köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Zəfər Günü ərəfəsində Şuşadan...
Read more about “Misilsiz duyğudur…” – Hikmət Hacıyev Şuşadan paylaşım etdi
İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı ayzenkot
  • Dünya

İsraildə siyasi dönüş – Netanyahunun rəqibi hökuməti qurmaq üçün mandat aldı

User 08 Noyabr 2026 - 00:40
Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd putin rezai
  • Dünya

Putin şəxsi təyyarəsini İrana göndərdi: Tehranla bağlı mühüm vəd

User 08 Noyabr 2026 - 00:35
ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı abs gemi irana
  • Baş Yazı

ABŞ Xəzər dənizində İranın qarşısını kəsməyə hazırlaşır – “Iron Gate” yaradıldı

User 08 Noyabr 2026 - 00:25
Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur şuşa turizm
  • Siyasət

Şuşanın işğaldan azad edilməsinin 6 ili tamam olur

User 08 Noyabr 2026 - 00:20
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.