“Koronavirus daha sürətlə yayılmağa başlayıb” –Ümumdünya Səhiyyə Təşkilatının direktoru

Ayrı-ayrı ölkələrdə əldə edilən irəliləyişə baxmayaraq, bütövlükdə dünya miqyasında COVID-19 pandemiyası daha sürətlə yayılmağa başlayıb.

“Report” xəbər verir ki, bu barədə keçirdiyi brifinq zamanı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus bildirib.

“Bəzi ölkələr iqtisadiyyatı açarkən, sosial həyata qayıdarkən yoluxma hallarının artması ilə üzləşiblər. İnsanların əksəriyyəti virusa qarşı hələ də həssasdır. Virus üçün xeyli meydan qalır. Məsələnin hələ də sona çatmaması ağır gerçəklikdir. Ayrı-ayrı ölkələrdə irəliləyiş əldə edilsə də, dünya miqyasında pandemiya daha sürətlə yayılır”, – təşkilat rəhbəri vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Yunanıstanın bütün hava limanları iyulun 1-dən beynəlxalq reysləri qəbul edəcək

Sonrakı məqalə

Ölkədə daha 544 nəfər koronavirusa yoluxdu –