Koronavirusla Mübarizəyə Dəstək Fonduna ayrı-ayrı fiziki şəxsələrdən ianə köçürülməsi davam edir.
Azpost.info bildirir ki, bu siyahıda bir sıra tanınmış şəxslər, vəzifəli məmurlar, yüksək rütbəli hərbçilər də yer alıb. Siyahıda general Mayis Bərxudarovun, Birinci vitse-prezident Mehriban Əliyevanın köməkçisi Xalid Əhədovun, sabiq maliyyə naziri Əvəz Ələkbərovun, Baş nazir Əli Əsədovun, Gömrük Komitəsinin sədri Səfər Mehdiyevin, Mərkəzi Bankın sədri Elman Rüstəmovun, DİM sədri Məleykə Abbaszadənin, Nuri Sərinləndiricinin və digərlərin adı var.
Fiziki şəxslərin ianələrinin cəmi 6 milyon 980 min 625 manatdır.
Prezident İlham Əliyevin 2020-ci il 19 mart tarixli Fərmanı ilə yaradılan Fondun məqsədi Azərbaycan Respublikasında koronavirus infeksiyasının yayılmasının qarşısını almaqdan və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etməkdən ibarətdir.
Bu günə qədər Fonda 112 milyon 233 min 583 manat, 156 min 932 dollar və 37 min 478 avro yığılıb.