“Koronavirus pandemiyası 2022-ci ildə sona çatacaq” –Bill Qeytsdən bədbin proqnoz

“Koronavirus pandemiyasının 2022-ci ildə sona çatması ehtimalı böyükdür”.

“Fox News” xəbər verir ki, bunu “Microsoft” korporasiyasının qurucusu Bill Qeyts açıqlamasında bildirib.

O qeyd edib ki, problemə yalnız qlobal miqyasda yanaşılsa, 2021-ci il ərzində yoluxma sayı azala bilər: “ABŞ-ın gələn yaya qədər tamamilə normal həyat tərzinə dönəcəyinə inanıram. Bunun üçün dünyada koronavirusla mübarizəni davam etdirmək lazımdır. Çünki bu halda COVID-19-un ölkələrə “dönməyəcəyinə” zəmanət veriləcək”.

Qeyd edək ki, “Microsoft”un qurucusu daha əvvəl ABŞ-ın bu il oktyabr ayının sonuna qədər koronavirusa qarşı peyvəndi əldə edə bilməyəcəyini söyləmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Əvvəlki məqalə

ABŞ nüvə silahlarını Avropadan çıxarmaqdan imtina edib

Sonrakı məqalə

Şəmkir rayonu üzərində erməni hərbi PUA-sı vuruldu