“Koronavirus qarşıdakı 10 ildə bizimlə qalacaq” –Peyvəndin yaradıcısı

Koronavirus ən azından 10 il boyunca insanların gündəmindən çıxmayacaq.

NTV-ynin verdiyi xəbərə görə, bu barədə “BioNTech”/”Pfizer” peyvəndinin yaradıcısı, professor Uğur Şahin həyatın nə vaxt normallaşacağına dair suala cavabında bildirib.

“Koronavirus qarşıdakı 10 il müddətində bizimlə qalacaq”, – deyə U. Şahin vurğulayıb.

Qeyd edək ki, U. Şahin bir müddət əvvəl peyvəndin İngiltərədə aşkarlanan koronavirusun mutasiyaya uğramış variantına qarşı da effektiv olacağını bildirib. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

2020-ci ilin son günü hava necə olacaq?

Sonrakı məqalə

Vətən Müharibəsində iştirak etmiş 82 670 hərbi qulluqçu təltif olunub