Koronavirus qlobal təhlükə elan edildi –Ümumdünya Səhiyyə Təşkilatı qərar verdi

Ümumdünya Səhiyyə Təşkilatının Fövqəladə Komitəsi Çindən gələn yeni koronavirusun qlobal təhlükə yaratması barədə qərar qəbul etmək üçün Cenevrədə toplaşıb.

Bu, koronavirusla bağlı təşkilatın bir həftədə keçirdiyi üçüncü iclasıdır.

Komitə iclasda koronavirusu qlobal təhlükə élan edib.

Qeyd edək ki, koronavirusun ilk dəfə ötən ilin dekabr ayında Çinin Uhan şəhərində aşkarlanıb. ABŞ, Sinqapur, Cənubi Koreya, Tailand, Avstraliya, Nepal, Fransa və Almaniyanı əhatə edən virus azı 20 ölkəyə yayılıb.

Virus artıq Çində 171 nəfərin ölümünə səbəb olub, habelə 8 mindən çox insan bu xəstəliyə yoluxub. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Bakıda sərnişin taksi sürücüsünü bıçaqladı

Sonrakı məqalə

Məhəmməd Əmin Rəsulzadənin doğum günüdür –