Koronavirusdan ölənlərin sayı 8657 nəfərə çatıb –

Ümumdünya Səhiyyə Təşkilatının son məlumatı
19 Mart 2020 - 11:55

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) koronavirusla (COVİD-19) bağlı son məlumatı açıqlayıb.

Təşkilatın martın 18-nə olan məlumatına əsasən, 166 ölkədə virusa yoluxma halı qeydə alınıb.

Bildirilib ki, dünyada yeni koronavirusa yoluxanların sayı 207 860 nəfərdir. Xəstəlikdən ölənlərin sayı isə 8 657-ə çatıb.