Körpələr evinin 2 işçisi cəzalandırıldı- Uşaqların bellərinə uzun corablar bağladıqlarına görə

Gəncə Şəhər 2 saylı Körpələr evində uşaqların bellərinə uzun corablar bağlanması faktı ilə əlaqdar 2 orta tibb işçisi ciddi cəzalandırılıb.

Trend-in məlumatına görə, Gəncə Şəhər 2 saylı Körpələr evinin rəhbərliyinin açıqlamasında bildirilir ki, son günlər sosial şəbəkədə yenidən yayımlanan video və şəkillər 2019-cü ilin oktyabr-noyabr aylarında bir sıra elektron kütləvi informasiya vasitələrində yayımlanması ilə bağlı xüsusi komissiya yaradılıb:

“Araşdırmalar aparılıb, körpələrin bir-birinə bağlanması öz təstiqini tapmasa da, uşaqların bezlərinin düşməməsi üçün bellərinə uzun corablar bağlanması aşkar olunub və bunu edən 2 orta tibb işçisi ciddi cəzalandırılıb. Videogörüntülərdə uşaq evinin təmirsiz və səliqəsiz olmasına münasibət bildirərək qeyd edək ki, uşaq evində bu məsələ ilə bağlı ciddi problem yoxdur. Müəssisədə xırda təmir bərpa işləri aparılıb, körpələr evi isti su ilə, kombi sistemi və müasir istilik sistemi ilə təmin olunub. Müəssisədə paltaryuyan maşınlar, tozsoranlar var və təmizlik məsələsinə tamamilə riayət edilir. Qeyd edək ki, uşaq evində valideynləri tərəfindən atılan üç yaşa qədər olan uşaqlar saxlanılır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərbaycan mühüm strateji tərəfdaşımızdır”

Sonrakı məqalə

“Rusiya və Azərbaycanı necə yaşamaq lazım olduğuna öyrətməyə çalışırlar”