Kövkəb Səfərəliyeva küçəsində nəqliyyatın hərəkəti tam məhdudlaşdırılacaq

Oktyabrın 5-i saat 00:00-dan etibarən Bakı şəhərinin Nəsimi rayonunun Kövkəb Səfərəliyeva küçəsində (28 May küçəsindən Üzeyir Hacıbəyov küçəsinə qədər olan hissə) aparılacaq təmir işləri ilə əlaqədar avtonəqliyyat vasitələrinin hərəkəti tam məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib.

Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur.

Əvvəlki məqalə

DYP yağışlı havaya görə müraciət edib

Sonrakı məqalə

ABŞ hökumətini azərbaycanlılara qarşı ayrı-seçkiliyə son qoymağa çağırırıq