Kredit borcu olan sahibkarlarlara 60 mln. manatdan çox subsidiya odənilib

10 mart 2020-ci il tarixinə kredit borcu olan sahibkarların müraciəti əsasında kreditlərin faiz dərəcəsinin 10% bəndi həcmində subsidiyalar verilib.

Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyəti sədrinin vəzifələrini icra edən Osman Xaliqov Fondun fəaliyyətinin 2021-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

Onun sözlərinə görə, proqram çərçivəsində 1 yanvar 2022-ci il tarixinə kredit qalıq məbləği 910,9 mln. manat olan 4927 müraciətə 62,5 mln. manat faiz subsidiyasının verilməsi Fond tərəfindən təsdiq edilib.

“Artıq bu məbləğin 60,5 mln. manatı sahibkarlıq subyektlərinə ödənilib. Hazırda bu mexanizm üzrə müraciətlərin qəbulu davam etdirilir”,- deyə O. Xaliqov qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Elman Rüstəmov:

Sonrakı məqalə

Şəhid baş leytenant Səid Rəşidzadənin barelyefinin açılışı olub