“Kreml “Vaqner” qrupuna Zelenskini öldürməyi əmr edib” –“The Times”

Kiyevdə Kremlin 400-dən çox muzdlusu fəaliyyət göstərir. Onların məqsədi Ukrayna prezidenti Vladimir Zelenskini, Nazirlər Kabinetinin üzvlərini öldürmək və şəhərin Rusiyanın nəzarətinə keçməsi üçün zəmin hazırlamaqdır.

Azpost.info xəbər verir ki, bu barədə “The Times”ın məqaləsində deyilir. Nəşrin yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin ən yaxın müttəfiqlərindən birinin idarə etdiyi “Vagner” qrupu Afrikadan muzdlu əsgərləri ciddi maliyyə mükafatı müqabilində Zelenski hökumətini məhv etmək missiyasına göndərib.

“Vaqner”çilərin niyyəti ilə bağlı məlumatlar şənbə günü, fevralın 26-da Ukrayna hökumətinə çatdırılıb. Bundan sonra şəhəri rus diversantlarından təmizləmək üçün Kiyevdə 36 saatlıq komendant saatı elan edilib. Kiyev meri Vladimir Kliçko mülki əhaliyə xəbərdarlıq edib ki, küçələrə çıxmasınlar.

Əks halda onlar diversant sayılacaq və məhv olmaq riski ilə üzləşəcək.

Azpost.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Eldar Mansurov “Şöhrət” ordeni ilə təltif edildi –

Sonrakı məqalə

Ombudsmanın hesabatı Milli Məclisə daxil olub