Kriştianu Ronaldo ilk milyardçı futbolçu kimi tarixə düşüb

“Yuventus”un hücumçusu Kriştianu Ronaldo ilk milyardçı futbolçu kimi tarixə düşüb.

Apasport.az saytının məlumatına görə, bu barədə “Forbes”in tərtib etdiyi siyahıda əks olunub.

Portuqaliya millisinin kapitanı ümumi qazancını 1 milyard dollara çatdıran 3-cü idmançıdır. Ona qədər qolfçu Tayqer Vuds (2009-cu ildə) və boksçu Floyd Meyvezer (2017) milyardçı olmağı bacarıb.

Kriştianu Ronaldo 17 illik peşəkar karyerası ərzində 650 milyon dollar maaş alıb. “Yuventus”la 2022-ci ilə qədər müqaviləsi olan 35 yaşlı forvard həmin vaxta qədər ümumi məvacibi 765 milyon dollara çatdıracaq. O, qalan vəsaiti sponsorluq müqavilələrindən əldə edib.

Qeyd edək ki, Kriştianu Ronaldo “Yuventus”a qədər “Sportinq”, “Mançester Yunayted” və “Real”ın formasını geyinib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FHN çimərliklərə getməməklə bağlı xəbərdarlıq edib

Sonrakı məqalə

Ermənistan Qazax və Ağstafa ərazisində yeni döyüş mövqeyi qazanıb?