KTMT kontingenti Qazaxıstanda mühafizə etdiyi obyektlərdən çıxmağa başlayıb

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Qazaxıstandakı sülhməramlıları mühafizə etdikləri obyektləri bu ölkənin hüquq mühafizə orqanlarına təhvil verməyə başlayıb.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, Qazaxıstanda başlayan etiraz aksiyaları ilə əlaqədar bu ölkənin Prezidenti Kasım-Jomart Tokayev KTMT-yə müraciət edərək dəstək istəmişdi. KTMT sülhməramlı qüvvələrinin tərkibinə Rusiya, Belarus, Qırğızıstan, Tacikistan və Ermənistan silahlı qüvvələrinin bölmələri daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Məşhur rus reperi Qarabağla bağlı dediklərinə görə üzr istədi:

Sonrakı məqalə

Ali Hərbi Məktəbdə hazırlıq proqramı Türkiyə modelinə uyğunlaşdırılıb