Küçədə söyüş söyənlə mübahisə etdi –

Kürəyindən bıçaqlandı (Suraxanıda)
30 Yanvar 2020 - 01:16

Bakının Suraxanı rayonunda orta yaşlı kişi qonşusu tərəfindən bıçaqlanıb.

Hadisə Bülbülə qəsəbəsində baş verib.

Bəydəmirov küçəsində iki nəfər mübahisə edib. Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, 1982-ci il təvəllüdlü Nəcəfov Vüqar Rafiq oğlu küçədə yüksək səslə qeyri-etik sözləri eşidib. Buna etiraz olaraq həmin şəxslərə iradını bildirib. Lakin naməlum şəxslərdən biri V.Nəcəfovun kürəyinə bıçaqla zərbə vurub. O, huşunu itirib. Yaralı qonşularının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır.(APA)