Kürd silahlı qruplaşmaları Suriya-Türkiyə sərhədindən geri çəkilir

- Rusiya XİN-dən açıqlama
24 Oktyabr 2019 - 14:24

Rusiya Xarici İşlər Nazirliyi (XİN) kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən geri çəkilməyə başladığını açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Soçidə Rusiya və Türkiyə arasında əldə olunan razılığa əsasən, kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən çıxarılması həyata keçirilir. Soçidə əldə olunan razılaşma və memorandumun icrasının həyata keçirildiyini qeyd etməkdən məmnunuq”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.