Kürd silahlı qruplaşmaları Suriya-Türkiyə sərhədindən geri çəkilir- Rusiya XİN-dən açıqlama

Rusiya Xarici İşlər Nazirliyi (XİN) kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən geri çəkilməyə başladığını açıqlayıb.

APA-nın Moskva müxbirinin xəbərinə görə, bu barədə Rusiya Xarici İşlər nazirinin müavini Sergey Verşinin bildirib.

“Soçidə Rusiya və Türkiyə arasında əldə olunan razılığa əsasən, kürd silahlı qruplaşmalarının Suriyanın Türkiyə ilə sərhədindən çıxarılması həyata keçirilir. Soçidə əldə olunan razılaşma və memorandumun icrasının həyata keçirildiyini qeyd etməkdən məmnunuq”, – deyə Rusiya XİN başçısının müavini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Əli Əsədov nazirin qaynatasını işdən çıxardı

Sonrakı məqalə

İran “Nüvə sazişi” üzrə öhdəliklərini yerinə yetirməyə hazırdır