Küveytin Baş Naziri və hökumət üzvləri istefa verib

14 Noyabr 2019 - 14:32

Küveytin Baş Naziri şeyx Cabir əl-Mübarək əl-Hamad əs-Sabah dövlət başçısına istefa ərizəsi ilə müraciət edib.

Azərtac Kuna informasiya agentliyinə istinadla xəbər verir ki, əldə olan məlumata görə, Nazirlər Kabinetinin başçısı ilə yanaşı, Küveyt Əmirliyinin bütün hökumət üzvləri də istefa verib.